Milli Parkın ərazisində qanunsuz ov edən saxlandı

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

hakimiyyet.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə parkın Kiçik Körfəz su hövzəsində qanunsuz ov edən A.Heydərov saxlanılıb.

Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid 60 ədəd patron və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0.975172996521