"Real Madrid" "Bavariya" klubunun Arda Güler üçün göndərdiyi təklifini geri çevirib

"Real Madrid" klubu Arda Güleri transfer etmək istəyən "Bavariya"ya "yox" deyib.

hakimiyyet.az Marca.com-a istinadla xəbər verir ki, Almaniya nəhəngi Arda Güleri icarə əsasında transfer etmək istəsə də, türkiyəli futbolçu və "Kral" klubunun rəsmiləri keçid üçün müsbət cavab verməyiblər.

Belə ki, Arda Güler "Real Madrid"də xoşbəxt olduğunu və komandadan ayrılmaq istəmədiyini deyib.

Qeyd edək ki, Arda ötən mövsüm İspaniya çempionatının 10 oyununda iştirak edib, 6 qol vurub. Onun "Real"la hazırkı müqaviləsi 2029-cu ilin ortasına qədərdir.

0.39114713668823