Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.
hakimiyyet.az xəbər verir ki, Türkiyənin Superliqa təmsilçisi "Adana Demirspor"la oyun 3:3 hesabı ilə başa çatıb.
İlk qolda avtoqol qeydə alınan matçda Azərbaycan təmsilçisinin digər qollarını Veysəl Rzayev və Aleks Souza vurublar.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında "Pendikspor"la 0:0 hesablı heç-heçə edib. Tovuzlular son yoxlama görüşündə "Kocaelispor"la qarşılaşacaqlar.