Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hakimiyyet.az xəbər verir ki, hadisə Talalar kəndi ərazisində rayonun Qabaqçöl qəsəbəsi istiqamətində qeydə alınıb.
Yolu keçmək istəyən rayon sakini Sürəyya Cumalı qızı Murtuzəliyevanı "KIA Carens" markalı avtomobil vurub.
Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.