UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Türkiyənin "Fənərbağça" klubu İsveçrədə "Luqano" ilə qarşılaşıb.
Matçda hesabı ev sahibləri açsalar da, sonda sevinən tərəf İstanbul klubu olub. Edin Dzekonun het-triki və Ferdi Kadıoğlunun qolu "Fənər"in qələbəsini təmin edib. Matç ərzində isveçrəlilər daha iki dəfə fərqlənsələr də bu, məğlubiyyətdən xilas olmaq üçün kifayət etməyib - 3:4.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 30-da oynanılacaq.