Bakıda qandonduran intihar: Ərinin ona rəfiqəsi ilə xəyanət etdiyini bilən qadın özünü binadan atdı

Bakıda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə xəyanətə görə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə "bacı" deyə müraciət ediblər.

Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.

Aytac Qasımova

13:00

Bakıda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb.

Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

0.048224925994873