Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.
Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.
"Report" xəbər verir ki, Biləcəri qəsəbəsi, "DSK yolu"nda nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.