KOBİA sədri: "İmzalanan müqavilə iqtisadi və biznes əlaqələrimizin inkişafında mühüm addımdır"

"Qətərin törəmə şirkəti "Al Baladı Holdings" və BƏƏ-nin "Green Capital Management" şirkəti arasında imzalanan müqavilə Qətərlə Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin inkişafında mühüm addımdır".

hakimiyyet.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbirdə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, iki ölkə arasında güclü siyasi tərəfdaşlıq iqtisadi əlaqələrimiz üçün möhkəm təməl rolunu oynayır:

"Dohada yerləşən Azərbaycan Ticarət Evi iqtisadi əlaqələrimizi dərinləşdirmək və qarşılıqlı biznes əlaqələrini asanlaşdırmaq öhdəliyimizin simvoludur.

Bu, Azərbaycan bizneslərinin məhsul və xidmətlərini nümayiş etdirməsi və qətərli sahibkarların Azərbaycanda imkanları araşdırması üçün bir mərkəz kimi xidmət edir.

Bu platforma vasitəsilə biz ticarəti artırmaq, sərmayələri cəlb etmək və gələcək əməkdaşlıq üçün əlverişli mühit yaratmağı hədəfləyirik".

Nəzrin Vahid

0.5803120136261