Olimpiya çempionu Parisdə keçiriləcək oyunlara getmədən öncə Belçikada qarət edilib

BMX-nin sərbəst stili üzrə ilk Olimpiya çempionu, avstraliyalı Loqan Martin Parisdə 2024-cü ildə keçiriləcək Oyunlara getməzdən əvvəl Belçikada qarət edilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə idmançı şəxsi "Instagram" profilində paylaşım edib.

İdmançının sözlərinə görə, oğrular furqonun pəncərəsini sındıraraq onun şəxsi əşyalarını: bel çantası, pulqabını və avadanlıqlarını oğurlayıblar. Fizioterapevtlərin masaj masası da avtomobildən yoxa çıxıb. Bəzi çantalar və əşyalar mikroavtobusun yaxınlığındakı yerli parka səpələnib və onlar götürülüb.

"Xoşbəxtlikdən velosipedlərim furqonda deyildi, baxmayaraq ki, bəzi əşyalar olan idman çantalarım orada idi. Səyahət üçün çox çılğın başlanğıcdır".

30 yaşlı Loqan Martin BMX-nin sərbəst stili tarixində ilk Olimpiya medalının sahibidir (London 2020 Oyunları).

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Kişilər arasında BMX-nin sərbəst stili üzrə yarış isə iyulun 30-31-də baş tutacaq.

0.045166015625