"Ferhevar"ın baş məşqçisi: "Sumqayıt"la görüşdə qırmızı vərəqə qələbə qazanmağımıza şans yaratdı"

"İlk 20 dəqiqə əziyyət çəkdik amma daha sonra rəqibə qarşı üstünlük yarada bildik".

hakimiyyet.az xəbər verir ki, bunu "Sumqayıtla" görüş sonrası "Ferhevar" klubunun baş məşqçisi Peto Tamaş deyib.

"Sumqayıt" çox güclü rəqibdir. Bunu oyunun ilk 20 dəqiqəsində gördük. Qırmızı vərəqədən sonra toparlandıq. Bu hesabın qalibiyyət üçün kifayət olduğunu düşünmürəm. Bizimlə birgə "Sumqayıt" futbolçularının da yanlışları oldu. Doğma meydanda azarkeşlərimizi sevindirəməyə çalışacağıq".

Anar Həsənov

0.064696073532104