Meksikanın ən böyük narkotik kartelinin həmtəsisçisi, 76 yaşlı İsmael "El Mayo" Sambada Qarsiya ABŞ hakimiyyətinə təslim olmaq qərarına gəlib. Xoakin Qusmanın oğlu Xoakin Qusman Lopes da eyni addımı atıb.
hakimiyyet.az REN TV-yə istinadən xəbər verir ki, saxlanma Texas ştatının sərhədyanı El Paso şəhərindəki özəl hava limanlarından birində baş verib.
"El Mayo" hüquq-mühafizə orqanlarına ABŞ-də fentanilin əsas alverçisi kimi tanınır. FTB ona qarşı bir neçə cinayət işi açıb, lakin o, heç vaxt tutulmayıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Xoakin Qusman Lopesin qardaşı Aureliano "El Quano" saxlanılıb. Müstəntiqlərin fikrincə, qardaşlar karteldə liderlik uğrunda mübarizə aparıblar.