Dörd yaşlı Aylinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Zəminə Tağıyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:
"Aylinin dörd yaşı var. Doğulandan bəri böyrək çatışmazlığından əziyyət çəkir. Xəstəliyini bildiyimiz gündən müalicələrinin hamısını etmişik. Bu müddət ərzində bir dəfə Türkiyəyə gedib, orada da müayinədən keçmişik. Həkimlər Aylinin vəziyyəti daha da ağırlaşsa, mütləq böyrək köçürülməsi əməliyyat olacağını deyirlər."
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Aylin bizim yeganə övladımızdır. Əgər böyrək köçürülməsi lazım olsa, o məbləği necə qarşılayacayıq heç özümüz də bilmirik. Onun atası fəhlə işləyir, günə 10-15 manat ancaq qazanır, mən isə yorğan-döşək, xalça yuyaraq ailəmizə dəstək olmağa çalışıram. Aylinin bir aylıq müalicələri üçün bizim 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 590-82-09.
Bank Respublika: 4244 4848 4737 7771.