Bir yaşlı Ömər ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Bu barədə hakimiyyet.az-a onun anası Günel Osmanova məlumat verib.
O bildirib ki, övladı aprelin 2-də yanıb:
"Biz Sabirabadda yaşayırıq. Ömər aprelin 2-də evdə oynayarkən qaynamış süd olan qazanı üzərinə çəkdi. Hadisə olan günü rayon xəstəxanasına yollansaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıya göndərdilər. Bakıda yerləşən xəstəxanalardan birində bir neçə həftə müalicə aldıq. Hazırda evə qayıtmışıq".
Günel Osmanova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:
"İlk dəfə Ömərin dərmanlarını sizin oxucuların dəstəyi sayəsində ala bilmişik. Hazırda onun müalicəsi üçün 400 manata ehtiyacımız var. İnanın, bu məbləği qarşılamaq bizim üçün hazırda imkansızdır. Yardımsevər şəxslərdən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 664-99-79.
Kapital Bank: 4169 7388 6436 5451.