Avropa İttifaqı Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib

Avropa İttifaqı Şurası çexiyalı diplomat Maqdalena Qrononu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi olaraq təsdiq edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Mətbuat Xidməti məlumat yayıb.

Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib.

Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.

0.066857099533081