Kanada millisi rəqiblərini casus dronlarla izləyib

Kanada Futbol Assosiasiyasının baş direktoru Kevin Blu etiraf edib ki, ölkə millisi digər komandaları izləmək üçün dronlardan istifadə edib.

"Mən bu məsələ ilə bağlı nə qədər çox məlumat əldə edirəmsə, bu cür hadisələrin sistemli xarakterindən bir o qədər çox narahat oluram. Bu, tamamilə yolverilməzdir. Mən Amerika Kuboku zamanı dronlardan istifadə etmək cəhdindən xəbərdaram", - deyə o bildirib.

hakimiyyet.az championat.com-a istinadən xəbər verir ki, Blu açıqlamasında Kanada Futbol Assosiasiyasının daxili araşdırma apardığını vurğulayıb.

Qeyd edək ki, 2024-cü il Amerika Kubokunda Kanada seçməsi Argentinaya 0:2 hesabı ilə yarımfinalda uduzub. Şimali amerikalıların bu mərhələyədək gəlib çatması böyük uğur kimi qiymətləndirilib.

14:00

Qadın futbolçulardan ibarət Kanadanın Olimpiya millisinin baş məşqçisi Bev Pristman işindən uzaqlaşdırılıb.

hakimiyyet.az xəbər verir ki, buna Yeni Zelandiya yığmasının şikayəti səbəb olub.

Pristman Paris-2024 Yay Olimpiya Oyunlarında rəqiblərin məşqini dronla izləyib. Bunun sayəsində isə Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.

İşi araşdıran Kanadanın Olimpiya Komitəsi baş məşqçini casusluq ittihamı ilə işindən kənarlaşdırıb. Onu Fransa paytaxtında Endi Spens əvəzləyəcək.

Qeyd edək ki, bu gün start götürəcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

0.11652207374573