Cənubi Koreya kəşfiyyatçıların şəxsi məlumatlarının sızmasını araşdırır

Koreya Respublikası Silahlı Qüvvələrinin Əks-kəşfiyyat Komandanlığı KXDR haqqında məlumatların toplanması üzrə ixtisaslaşmış milli kəşfiyyatçıların şəxsi məlumatlarının sızması faktını araşdırır.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl Silahlı Qüvvələrin Kəşfiyyat Komandanlığı xaricdə işləyən əməkdaşlarının şəxsi məlumatlarının daxil olduğu məxfi məlumatların sızmasını aşkar edib.

İddialara görə, sızıntıda "qeyri-qanuni kəşfiyyatçılar" və diplomatik pərdə altında işləyən şəxslər haqqında məlumatlar var. Mənbə agentliyə bildirib ki, bəzi kəşfiyyatçılar, hətta vətənlərinə qayıtmalı olublar.

0.073215961456299