Bakıda mübahisə zamanı sürücüyə bıçaqla hücum edən şəxsin kimliyi bilindi

Bakıda mübahisə zamanı sürücünün üzərinə bıçaq çəkən şəxsin kimliyi bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı hakimiyyet.az-a bildirilib ki, paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınan insidentdə iştirak edən şəxs 1966-cı il təvəllüdlü A.Zaidov müəyyən edilib və izahatının alınması üçün ərazi üzrə Polis Şöbəsinə çağırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sürücülərin mübahisəsi ilə əlaqədar polis araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı hakimiyyet.az-a bildirilib ki, paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınan insidentlə bağlı ərazi polis orqanında araşdırmalara başlanılıb.

Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Bakıda sürücülər mübahisə ediblər.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə Qaradağ ərazisində qeydə alınıb.

Mübahisə zamanı sürücülərdən biri digərinə bıçaqla hücum edib. Mübahisənin səbəbi bəlli deyil.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

0.10177111625671