Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR

Yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq canına qəsd edən Vüsalə Dadaşova ilə bağlı yeni detallar məlum olub.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, xəyanətdə adı hallanan qadın iş adamıdır. O, ailəlidir.

Bundan əlavə olaraq mərhumun övladlarından biri bu ilin məzunudur. Oğlu isə 7-ci sinif şagirdidir. Bildirilir ki, hazırda onlar ana tərəfləri ilə dialoqa girə bilmirlər.

Digər bir məlumata görə V. Dadaşova əri ilə 7 ilə yaxın sevgi münasibəti yaşasa da, ailəsi evlənmələrinə razı olmayıb. Daha sonra qızın ailəsini razı salaraq evləniblər.

Mərhum ətrafda pozitiv, gülərüz biri kimi tanınıb.

0.083310127258301