Azərbaycan "France 2" telekanalından BOK-a şikayət edəcək

Azərbaycan Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

"Şikayət hazırlanır, hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq", - Ç.Hüseynzadə bildirib.

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

0.035751104354858