Xızıda 7 yaşlı Ümid Eyvazlının bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Azyaşlının atası Mərdan Eyvazov bildirib ki, övladı bit dərmanından dünyasını dəyişib.
Belə ki, Ü.Eyvazlı mal-qaranın bit-birədən təmizlənməsi üçün istifadə edilən dərman vasitəsini başına sürtüb.
"Başı qaşınırmış. Bit olmasın deyə dərmanı sürtüb" , - M.Eyvazov bildirib.
Bundan sonra azyaşlının halı pisləşib, uşağın vəziyyətindən xəbər tutan doğmaları isə onu dərhal Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına yola salınan Ü.Eyvazlının həyatını xilas etmək mümkün olmayıb. O, yolda dünyasını dəyişib.
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
Xızı rayonu, Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Ümid Mərdan oğlu Eyvazlı bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.
Bundan sonra azyaşlı başına mal-qara üçün nəzərdə tutulan "Neastol" dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.