İsrail "Hizbullah" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.
hakimiyyet.az əbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats ölkə televiziyasının 12-ci kanalının efirində Holan yüksəkliklərində Məcdəl-Şəmsin atəşə tutulmasından sonra deyib.
"Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətlər keçir, buna müvafiq reaksiya olacaq. "Hizbullah" və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq", - o deyib.
Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla azı 10 mülki şəxsin ölümü ilə nəticələnən bu hadisə bütün qırmızı xətləri keçir.