Astarada leysan fəsadlar törətdi: Sakinlər işıqsız qaldılar

Astara rayonunda yağan leysan yağışları elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub.

"Report"un məlumatına görə, leysan nəticəsində rayonun Diqoli kəndində yüksəkgərginlikli elektrik dirəkləri aşıb.

Elektrik naqilləri kənd sakinlərinin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə, iki iribuynuzlu heyvan tələf olub. Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb.

0.11203289031982