Sumqayıt sakini öz evində faciəli şəkildə öldü

Sumqayıt rayonunda 45 yaşlı kişini elektrik cərəyanı vurub.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mehman Həsənov öz evində elektrik işi görən zaman onu elektrik cərəyanı vurub.

O, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

0.10268306732178