Nitsadan Parisə Olimpiya Oyunlarına gedən sürətli qatarda Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlininin içərisində 11 "Hermes" çantası olan şəxsi baqajı oğurlanıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
"Qətər əmirinin gəlini öz qulluqçusunun müşayiəti ilə bu şənbə, iyulun 27-də Kann stansiyasında sürətli qatara minib. Nitsadan yola düşən qatar Parisin Lion vağzalına getməli idi. Saat 12:00-13:40 aralığında o, "Hermès" brendinə məxsus 11 çantanın oğurlandığını görüb", - nəşr yazır.
Fransa nəşrinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda çantalar və onları oğurlayanlar tapılmayıblar.