38 günlük körpənin dəstəyə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır

38 günlük Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Yasəmən Əhmədova məlumat verib.

O bildirib ki, övladı iyunun 21-də dünyaya gəlib:

"İyunun 21-də mənim əkiz övladlarım Hüseyn və Həsən dünyaya gəliblər. Həsənin sağlamlığı yerində olsa da, Hüseynin vəziyyəti ağır olaraq doğulub. Ana bətnində olanda onun bağırsaqlarının çöldə olduğunu müşahidə etdik. Həkimlər belə uşağın tam sağlam doğulub, əməliyyatla normal həyata qayıda biləcəyini dedilər. Lakin Hüseyn doğulanda biz onun qarın divarının digər anadangəlmə inkişafı qüsuru olduğunu və dəqiqləşdirilməmiş spina-bfida xəstəliyi olduğunu öyrəndik. Hüseynin cinsiyyət orqanı tamamilə parçalanıb, onun cinsiyyətinin hamiləlik dövründə oğlan olduğu deyilmişdi".

Gənc ana övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Hüseyn dünyaya gələndə onun 10 gündən artıq yaşamayacağını dedilər. Amma şükür ki, o artıq 39 gündür həyatla mübarizə aparır. Bir çox həkimlərə müraciət etsək də, demək olar ki, heç biri bizi qəbul etmədi. Tək bir həkim bizi qəbul edib, o da Hüseynin ilk iki əməliyyatı üçün 20 min manat lazım olduğunu deyib. Hazırda bu məbləğin cəmi 1 200 manatını toplaya bilmişik. Yoldaşım sürücü işləyir, özüm isə evdar qadınam. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 562-56-05.

"Unibank": 5315 9921 5600 0140.

3.5495030879974