İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunel subasmaya məruz qalıb.
Bu barədə hakimiyyet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sözügedən yolda avtomobillərin hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Gəncədə tuneli su basdı: Nazirlik hərəkətə keçdi
Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
"Report"un məlumatına görə, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissəsinə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.
Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.
Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.