Bakıda məktəb yaxınlığında baş verən yanğın söndürülüb

Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.

Bu barədə hakimiyyet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə sözügedən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

Metronun "Neftçilər" stansiyasının yaxınlığında yanğın başlayıb.

Modern.az-a daxil olan məlumata görə, hadisə 62 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunublar.

0.090568780899048