Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
hakimiyyet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.
O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.
Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakova ilə üz-üzə gələcək.
hakimiyyet.az xəbər verir ki, dörddəbir finalda italiyalı cüdoçu Manuel Lombardonu məğlub edən Akil Qyakova Hidayət Heydərovun yarımfinal mərhələsindəki rəqibi olub.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.
Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.
Cüdoçumuz Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında dörddəbir final mərhələsində kanadalı cüdoçu Arthur Marqelidonla üz-üzə gəlib.
hakimiyyet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidonu məğlub edib.
Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.
Cüdoçumuz Hidayət Heydərov dörddəbir final mərhələsində kanadalı cüdoçu Arthur Marqelidonla üz-üzə gələcək.
hakimiyyet.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində almaniyalı rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına məğlub edən Marqelidon dörddəbir finalda Hidayət Heydərovun rəqibi olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Cüdoçumuz Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib.
hakimiyyet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.