Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti ölkədə ABŞ-dəki xarici agentlərin qeydiyyatı aktının (FARA) analoqunun işlənib hazırlanmasını və qəbul edilməsini təklif edib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, kəşfiyyat nümayəndələri belə bir qanunun zəruriliyini parlament dinləmələri zamanı izah ediblər.
Kəşfiyyat xidmətinin rəhbəri Ço Tae Yonq cinayət məcəlləsinə dəyişiklik etməyi və casusluğa görə cəzalandırıla biləcək şəxslərin dairəsini genişləndirməyi təklif edib. Mövcud qanunlar yalnız dövlət sirrinin "düşmən dövlətlərə" ötürülməsinə görə cəza nəzərdə tutur.
Xatırladaq ki, bu yaxınlarda Gürcüstanda qəbul edilmiş "Xarici təsirlərin şəffaflığı haqqında" qanun həm ölkə daxilində, həm də onun xaricində ciddi etirazlara səbəb olub.