58 yaşlı məşhur model Sindi Krouford və 22 yaşlı qızı Kaya Gerber Parisdə keçirilən "OMEGA House" sərgisinin açılışında iştirak ediblər.
hakimiyyet.az Gazeta.ru-ya istinadən xəbər verir ki, tədbirdə 90-cı illərin supermodeli qara rəngli libasda və kiçik dabanlı ayaqqabıda olub. Podium ulduzu görünüşünə sırğalar, qızıl zəncir boyunbağı, bilərziklər və qırmızı klaç əlavə edib. Kaya Gerber isə dekolteli qara qısa paltarda və tünd qırmızı sivri burunlu ayaqqabıda olub. Bundan başqa, o, sırğa, saat və qızıl zəncir boyunbağı taxıb.
Qeyd edək ki, Kaya Gerber 90-cı illərin supermodeli Sindi Krouford və keçmiş model və iş adamı Rendi Gerberin qızıdır. Kaya anasının yolu ilə gedib və modeldir.