ABŞ-nin dövlət borcu rekord həddə çatdı

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.

hakimiyyet.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bu, rekord göstəricidir. Yanvarın əvvəlində dövlət borcu 34 trilyon dolları keçib. Respublikaçılar artıq ABŞ prezidenti demokrat Co Baydeni tənqid ediblər. Onların fikrincə, Baydenin siyasəti dövlət borcunun artmasına səbəb olub.

Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2023-cü ildə ABŞ-nin dövlət borcu 4 trilyon dollardan çox artıb.

0.13327813148499