ABŞ-li milyarder İlon Mask rusiyalı sahibkar Pavel Durovun 100-dən çox bioloji övladının olması xəbərinə zarafatla cavab verib. Mask bu rəqəmi "debütant səviyyə" adlandırıb.
hakimiyyet.az bu barədə Ura.news-a istinadən xəbər verir.
"Debütant səviyyə" - Çingizxan", - deyə Mask sosial şəbəkə səhifəsində yazıb.
ABŞ-li milyarder zarafatla bu sitatın guya Monqol İmperiyasının banisi, əfsanəyə görə, 600-dən çox uşağı olan Çingizxana aid olduğunu göstərib.
Qeyd edək ki, "Telegram"ın yaradıcısı Pavel Durov etiraf etmişdi ki, onun 100-dən çox bioloji övladı var. Durovun xeyriyyəçilik fəaliyyəti 12 ölkədə yüzlərlə ailəyə uşaq sahibi olmağa kömək edib.