Mehdiabad-Pirşağı avtomobil yolunda itin maşının arxasına bağlanaraq sürüdüldüyü iddia edilir.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Şikayətçi bildirib ki, hadisə bu gün səhər saat 11 radələrində, yolun "Sovxoz" adlanan hissəsində qeydə alınıb:
"İti maşının arxasına bağlayıb, avtomobili yüksək sürətlə idarə edirdi. Yoldan keçənlər etirazını bildirdi. İtin ayaqları bərbad günə düşmüşdü".
Hadisə yerindən görüntüləri təqdim edirik:
Sakinlər Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən sürücüyə etiraz etdilər
Sakinlər Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən sürücüyə etiraz etdilər