İranın paytaxtı Tehranda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında səmimi görüş olub.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı İran KİV-lərində görüntülər paylaşılıb.
Qeyd edək ki, bu gün İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi olub.
Əli Əsədov və Hakan Fidan da mərasimdə iştirak ediblər.