Adanalı kişi şou zamanı qoynunda bəslədiyi ilanın hücumuna məruz qaldı

Adanada (Türkiyə) sözün həqiqi mənasında qoynunda bəslədiyi ilanlarla şou göstərən Osman Aslan əlindəki sürünənin hücumuna məruz qalıb.

hakimiyyet.az-ın IHA-ya istinadla verdiyi məlumata görə, hadisə canlı yayım zamanı baş verib.

Bildirilib ki, ilan kişinin qaşından dişləyib.

Məlumata görə, Osman uzun illərdir Adana avtovağzalında alverlə dolanışığını təmin edib. Onun ən böyük hobbisi isə zəhərsiz qara ilanları bəsləməkdir. Şou zamanı Osman dəfələrlə sancılmasına baxmayaraq hobbisindən əl çəkmir, onları əlləri ilə bəsləyir.

"Mənim ilanlara qarşı böyük sevgi və rəğbətim var. Onlarla yatıram, qalxıram. Camaat qəhvəxanada okey (stolüstü oyun) oynayar, əylənər, mən isə maşınıma minib çölə gedər, ilan axtararam. Onları öpərəm, sığallayaram, sonra geri, dağa buraxaram. Bəzən qoynumda bəsləyirəm, onlara ciyər, qurbağa yedirdib, süd içirdirəm", - deyə Osman bildirib.

Adanalı kişi şou zamanı qoynunda bəslədiyi ilanın hücumuna məruz qaldı

Adanalı kişi şou zamanı qoynunda bəslədiyi ilanın hücumuna məruz qaldı

0.045546054840088