HƏMAS nümayəndəsi: "Haniyənin öldürülməsi ABŞ ilə razılaşdırılıb"

"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət İsrail və ABŞ-nin üzərinə düşür, çünki aksiya Vaşinqtonla razılaşdırılıb".

hakimiyyet.az xəbər verir ki, bu barədə Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tah "RIA Novosti" ilə söhbətində bildirib.

Onun sözlərinə görə, İsmayıl Haniyənin öldürülməsi ABŞ-dən "yaşıl işıq" aldıqdan sonra həyata keçirilən bir addım idi. Tah HƏMAS-ın İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.

Xatırladaq ki, Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin hücumu nəticəsində öldürülüb. Haniyə İranın paytaxtında Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

0.07892894744873