Gəncədə idarəetməni itirən sürücü avtomobili xəndəyə aşırdı

Gəncə şəhərində avtomobil təmir gedən yolda qazılmış xəndəyə düşüb.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

İddia olunub ki, yol qazılsa da, ətrafında hər hansı xəbərdaredici nişan olmayıb.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna sorğu ünvanladıq.

Qurumun baş inspektoru, polis mayoru Eşqin Qasımov hakimiyyet.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O, qeyd edib ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində, gecə saatlarında baş verib.

"Chevrolet Cruze" avtomobilinin sürücüsü idarəetməni itirməsi üzündən xəndəyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib", - deyə E.Qasımov bildirib.

Əzizə İsmayılova

0.089221954345703