Sensasiyalı məhbus mübadiləsi: Rusiya, Belarus, ABŞ və Almaniya tarixi hadisəyə hazırlaşır

Bu gün Rusiya, Belarus, ABŞ və Almaniya arasında genişmiqyaslı məhbus mübadiləsi həyata keçirilir.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Sloveniya N1" kanalı xəbər yayıb.

Bildirilib ki, Sloveniyanın mübadilə fonduna casusluq işi üzrə məhkum edilmiş iki rusiyalı - Artyom və Anna Dultsevlər daxildir. Onlar özlərini Argentina vətəndaşları Lüdviq Qiş və Maria Roza Mayer Munos kimi təqdim ediblər. 2022-ci ildə onlar Rusiya xüsusi xidmət orqanları üçün casusluqda şübhəli bilinərək həbs edilib və 1 il 7 ay azadlıqdan məhrum edilməyə məhkum olunublar.

Mübadilə çərçivəsində, həmçinin Almaniyada cəza çəkən Vadim Krasikov Rusiyaya qayıda bilər. O, çeçen döyüşçüsü Zalimxan Xanqoşvilinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Bundan əlavə, mübadilə iştirakçılarından biri, "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviçdir. O, Rusiyada casusluq işi üzrə 16 il azadlıqdan məhrum edilməyə məhkum olunub. Həmçinin mübadilə fondunda Belarusda ölüm cəzasına məhkum edilmiş və dünən Lukaşenko tərəfindən əfv edilmiş Almaniya vətəndaşı Riko Kriger və 2020-ci ildə casusluqda ittiham olunaraq 16 il həbs cəzasına məhkum edilmiş amerikalı dəniz piyadası Pol Uilan da var.

"Bloomberg"in məlumatına görə, artıq Pol Uilan və Evan Qerşkoviç iki ölkə arasında məhbus mübadiləsi çərçivəsində Rusiyanı tərk ediblər.

Kreml bu məlumatı təsdiqləməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov bu suala cavab verməyib.

0.046933889389038