Rusiyada adam oğurlayan və pul tələb edən iki azərbaycanlı həbs edildi

İki Azərbaycan vətəndaşı Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində bir nəfəri qaçıraraq onun üçün 500 min rubl girov ödəməyi tələb ediblər.

Bu barədə hakimiyyet.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsi bildirib ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmək işi üzrə təqsirləndirilən şəxsləri həbs edib.

"Məhkəmə təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə, yəni 2024-cü il sentyabrın 30-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, şübhəlilər 2024-cü il iyulun 29-da axşam saatlarında Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərinin Engels küçəsindəki 17 saylı evin yaxınlığında Tacikistan Respublikasının 23 yaşlı vətəndaşını avtomobillə qaçırıblar. Bundan sonra gəncin birgə yaşadığı qadını hədələyərək ondan 500 min rubl verməsini tələb ediblər.

0.049995899200439