Olimpiya Oyunlarında təkrarlanan tarix: İdmançılarımız tilsimi qıra biləcəklər?

Azərbaycan ilk dəfə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 1996-cı ildə qatılıb.

"Qafqazinfo"nun məlumatına görə, Paris-2024 Olimpiya Oyunlarında ölkəmiz tarix təkrarlayıb.

Belə ki, 2000-ci ildə Sidneydə keçirilən Olimpiadada Azərbaycanı səkkiz idman növündə 31 idmançı təmsil edib. İdmançılarımız həmin yarışdan iki qızıl (Zemfira Meftahətdinova (atıcılıq), Namiq Abdullayev (güləş) və bir bürünc medalla Vətənə dönüblər.

Fotoda: Zemfira Meftahətdinova

Fotoda: Namiq Abdullayev

Bundan düz 12 il sonra iki qızıllı Olimpiada turnemizi təkrarlamışıq. Belə ki, azarkeşlərimiz 2012-ci il Londonda keçirilən Yay Olimpiya Oyunlarında iki qızıl (güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov), iki gümüş və beş bürünc medala seviniblər.

Fotoda: Toğrul Əsgərov

Fotoda: Şərif Şərifov

Maraqlısı isə budur ki, bu il Yay Olimpiya Oyunlarında da 12 ildən sonra yenə eyni hal təkrarlanıb. Belə ki, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Fotoda: Hidayət Heydərov

Fotoda: Zelim Kotsoyev

Hazırda yarışlarda ölkəmizin iki qızıl medalı var. İndiyədək Azərbaycan Olimpiya Oyunlarında bu saydan çox qızıl medal qazanmayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-i başa çatacaq. Azərbaycanın əsas medal ümidləri hələ də bundan sonra da mübarizəyə qoşulacaqlar.

0.046576976776123