Parisdə keçirilən Olimpiya Oyunları Fransaya 11 milyard avroya başa gəlib.
hakimiyyet.az-ın News.ru-ya istinadən məlumatına görə, bu barədə Oksford Universitetinin Biznes Məktəbinin ekspertləri məlumat veriblər.
Eyni zamanda, ilkin olaraq Olimpiya Oyunları üçün xərclərin 6,2 milyard avronu keçməyəcəyi güman edilirdi.
"Paris Olimpiadası doqquz milyard avroya başa gəlib. Sena çayının təmizlənməsi, açılış mərasiminin təşkili, mükafatlar kimi dolayı xərcləri də əlavə etsək, ümumi məbləğ 11 milyard avro təşkil edir", - deyə nəşrin məlumatında bildirilir.
Lakin həmçinin Paris Olimpiadası əvvəlki üç yay Oyunlarından xeyli ucuz başa gəlir. Məsələn, 2008-ci ildə Pekin Olimpiadasına birbaşa xərclər təxminən 2024-cü ildə Fransada olduğu qədər olub.