İqlim paradoksu: Səudiyyə Ərəbistanında quraqlıq daşqınla əvəz olundu

Son günlərdə Səudiyyə Ərəbistanı sakinləri misligörünməmiş hava hadisələrinin şahidi olublar. Quru iqlimi və az yağıntıları ilə tanınan quraqlıq Ərəbistan yarımadası güclü yağışların təsiri altına düşüb.

hakimiyyet.az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, xüsusilə ölkənin cənub-qərbində yerləşən Cizan şəhəri ciddi zərər çəkib.

Şahidlər tərəfindən çəkilmiş videokadrlarda su basmış küçələr və suda üzən avtomobillər görünür.

Daşqınlar, həmçinin elektrik enerjisinin verilişində pozuntulara və infrastrukturun zədələnməsinə də səbəb olub.

Hakimiyyət orqanları əhaliyə yardım göstərmək və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görür.

Qeyd edək ki, iqlimşünaslar tez-tez baş verən anomal hava hadisələrini qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

İqlim paradoksu: Səudiyyə Ərəbistanında quraqlıq daşqınla əvəz olundu

İqlim paradoksu: Səudiyyə Ərəbistanında quraqlıq daşqınla əvəz olundu

0.055564165115356