"Bavariya"nın 34 yaşlı hücumameyilli yarımmüdafiəçisi Tomas Müller futbol oynamağa nə qədər davam etmək niyyətində olduğu sualını cavablandırıb.
hakimiyyet.az championat.com-a istinadən xəbər verir ki, futbolçu hələ peşəkar fəaliyyətini davam etdirməyi düşünür.
"Futbol mənim sevgim və həvəsimdir. Buna görə də bacardığım qədər oynamağa davam etməyə çalışacağam", - deyə Müller bildirib.
Xatırladaq ki, cari ildəki son Avropa çempionatından sonra Müller Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.