Azərbaycanda şöbə rəhbəri vəfat etdi

Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

hakimiyyet.az xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında vəfat edib.

Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün "Astronomiya" dərsliyinin həmmüəlliflərindən biri olub.

0.084244966506958