Fransada taksi sürücüsü İsveçrənin Yelkənli İdman Federasiyasının prezidentinə hücum edərək qarət edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "La Provence" məlumat yayıb.
Lukas Landolt İsveçrə yığmasını dəstəkləmək üçün Marselə gedib və kirayə götürdüyü 8-ci məhəllədəki mənzilə çatmaq üçün taksi sifariş edib.
"Uber" sürücüsü Landoltu istədiyi ünvana çatdırıb. Lakin sonra dəyənəyi çıxararaq onu qarət edib. Hücum edənin əlindən qaçan isveçrəli daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Səhəri gün şübhəli şəxs saxlanılıb. Cinayətkarın Landolta vurduğu zərərin miqdarı açıqlanmır.