Yeddiaylıq Tanurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Ülfət Qurbanova məlumat verib.
Gənc ana övladına, hətta yemək almağa imkanının olmadığını deyib:
"Tanur 2024-cü ilin yanvar ayında dünyaya gəlib. Mən ona iki aylıq hamilə olarkən atası avtomobil qəzasında dünyasını dəyişdi. Hamiləliyim çox böyük stres və həyəcan içində keçib. Tanur doğulanda sağlam uşaq olsa da, hazırda nevroloji müalicəyə ehtiyacı var. Amma bunu qarşılamağa imkanımız yoxdur".
Ülfət Qurbanova yardımsevər şəxslərə səslənib:
"Mən uşaq olarkən atam rəhmətə gedib, tək anam var, o da işləmir. Hazırda Tanur çox balacadır, ona görə mən də işləyə bilmirəm, özümüz isə 300 manata kirayə qalırıq. Son dövrlər anamın vəziyyəti ağırlaşdığı üçün onu həkimə apardıq və onkoloji xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. İnanın, əlimdə olan bütün pulu anamın müayinələrinə vermişəm. Əlimdə yenidən xəstəxanaya getmək üçün yolpulu belə yoxdur. Artıq Tanura yemək belə ala bilmirəm. Yardımsevər şəxslərin bizə bu çətin durumdan çıxmağa kömək etmələrini istəyirəm. Övladım bir az böyüsə, özüm də iş tapıb işləyəcəyəm".
Ailə ilə əlaqə: (055) 949-57-84.
"Kapital Bank": 4169 7385 3170 3456.