Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman Baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib.
hakimiyyet.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
General xalqa televiziya vasitəsi ilə müraciətində qeyd edib ki, ölkədə müvəqqəti hökumət qurulacaq. Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb.
Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə davam etirazlar fonunda istefa verib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.
Ölkənin baş naziri qaçdıqdan sonra etirazçılar onun iqamətgahına basqın etməyə başlayıblar.
Xatırladaq ki, hazırda ölkədə komendant saatı elan edilib. Şəhərlərin küçələrinə hərbçilər nəzarət edirlər. Ölkədə internet bağlanıb, sosial şəbəkələrə daxil olmaq mümkün deyil. Banqladeş Dəmir Yolları xidmətləri qeyri-müəyyən müddətə dayandırıb.