Bakıda elektriklə işləyən taksi qəfildən alışdı

Bu gün Səbail rayonunda elektriklə işləyən avtomobil qəfildən alışıb.

hakimiyyet.az xəbər verir ki, hadisə səhər saat 10-11 radələrində "Intourist Hotel"in qarşısında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Hadisənin təfərrüatı ilə bağlı hələlik hər hansı rəsmi məlumat verilməyib.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

0.078455924987793