Paraqvay Olimpiya Komitəsi üzgüçü Luana Alonsonu Olimpiya kəndindən qovub.
hakimiyyet.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Qərara səbəb idmançının gecəni Olimpiya kəndindən kənarda keçirməsi olub. Komitə Alonsoya məktub göndərərək, ondan dərhal Olimpiya kəndini tərk etməsini tələb edib.
Bildirilib ki, onun davranışı Paraqvay komandasında xoş olmayan atmosfer yaradır.
Parisdəki Olimpiada Alonsonun ikinci Olimpiadası olsa da, üzgüçü medal qazana bilməyib.
Qeyd edək ki, Alonso 100 m batterflyay üsulu ilə üzməkdə bir neçə Paraqvay rekordunun sahibidir.