Çində 1000 kilometr/saat sürətlə hərəkət edən qatar sınaqdan keçirilib

Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) vakuum borusunda 1000 kilometr/saat sürətlə hərəkət edə bilən maqnit yastıqlı qatarı sınaqdan keçirib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, sınaqlar ölkənin şimalındakı Datonq şəhərində (Şansi əyaləti) baş tutub.

Sübut olunub ki, sərnişin qatarı hərəkət zamanı sabit qalır və əyləci işə salarkən təhlükəsizdir.

Qatarın bütün xüsusiyyətlərinin texniki şərtlərə uyğun olduğu bildirilir. Şansidə 2022-ci ilin aprelindən inşa edilən yeni nəqliyyat sisteminin gələcəkdə Çin meqapolislərini birləşdirəcəyi gözlənilir.

0.1073739528656